Modern.az

Bakıda min manatlıq çanta OĞURLANDI

Bakıda min manatlıq çanta OĞURLANDI

Aktual

1 Noyabr 2021, 12:15

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2224 manat pul, bankomat kartları və sənədlər, 1150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması  da müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!