Modern.az

Universitetin daha 4 qrupunda əyani dərslər DAYANDIRILDI

Universitetin daha 4 qrupunda əyani dərslər DAYANDIRILDI

Aktual

1 Noyabr 2021, 12:40

Azərbaycan Texniki Universitetində (AzTU) daha 4 qrupda dərslər distan təhsilə keçib.

 

Bu barədə Modern.az-a universitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib.

 

O qeyd edib ki, ötən həftə 4 tələbənin COVID-19 testi pozitiv çıxıb:

 

"Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsindən 1 tələbədə koronavirus aşkarlanıb. Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib".

 

S.İsgəndərova qeyd edib ki, bundan əvvəl koronavirusa yoluxan 3 tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV