Modern.az

Deputat hökuməti yeni iş yerləri açmağa çağırdı

Deputat hökuməti yeni iş yerləri açmağa çağırdı

Aktual

11 Noyabr 2021, 15:38

“Əmək məhsuldarlığının yüksəldilməsi hər bir dövlətin qarşısına qoyduğu prioritet məsələlərdən biridir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Komitə sədri əmək məhsuldarlığının yüksəldilməsi istiqamətində hökumətin planları ilə maraqlanıb:

 

“İş yerlərinin açılması məşğulluğun daha geniş miqyasda təmin olunmasına şərait yaradardı. Vətəndaşlarımızın yeni iş yerləri axtarmasına zərurət yaranıb. Məsələn, Gəncədə 4000-dən çox daimi iş yerinə ehtiyac olduğu halda, yeni açılan iş yerləri bundan dəfələrlə azdır. Müraciətlərin çoxu işsizliklə bağlıdır. Pandemiya dövründə də gördük ki, insanlar sosial iş yerlərinə o qədər də həvəslə getmirlər. İş yerlərinin açılması daha çox özəl sektorun üzərinə düşür. Amma özəl sektoru da təşviq etmək üçün işlər görülməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?