Modern.az

"Qış parkı"nda 44 yaşlı kişi şaxtaya yıxılıb

Aktual

11 Noyabr 2021, 16:45

Bakıda "Qış parkı"nda bir nəfər şaxtaya yıxılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nda bir nəfərin şaxtaya yıxılması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

 

Məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Nuriyev Sahib Vasif oğlu ehtiyatsızlıqdan “Qış parkı”nın zirzəmisinin havalandırma sisteminin dərinliyi təqribən 10 metr olan şaxtasına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə vətəndaşı şaxtadan çıxararaq xilas ediblər. Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?