Modern.az

Türkiyə uçot dərəcəsini 15 %-ə endirib

Türkiyə uçot dərəcəsini 15 %-ə endirib

Aktual

18 Noyabr 2021, 15:00

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

 

Modern.az quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 16 %-dən 15 %-ə endirilib.

 

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15 %-dən 17 %-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17 %-dən 19 %-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19 %-dən 18 %-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18 %-dən 16 %-ə endirilmişdi.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?