Modern.az

Bakıda mağaza yandı

Bakıda mağaza yandı

Aktual

7 Dekabr 2021, 14:33

Bakıda ərzaq mağazasında yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m², birinci mərtəbəsi ərzaq mağazası kimi fəaliyyət göstərir) ikimərtəbəli evin birinci mərtəbəsində anbara yığılan qarışıq mallar 15 m² sahədə yanıb.

 

Yüksək temperaturdan anbarın tavanı 15 m² sahədə qarsalanıb. Mağazanın qalan hissəsi, ev və yaxınlığında dayanan minik avtomobili yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi