Qazaxıstan Xarici İşlər Nazirliyi xarici vətəndaşların ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı məlumatı təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Aybek Smadyarov "Sputnik Kazakhistan"a bildirib.
"Məlumat həqiqətə uyğun deyil", - deyə o bildirib.
****
15:10
Qazaxıstan fövqəladə vəziyyət rejimi ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişini dayandırıb.
Modern.az məlumatına görə, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi bildirib.
Qeyd edək ki, ölkədə kütləvi iğtişaşlar fonunda fövqəladə vəziyyət rejimi tətbiq olunub, əsas hava limanları fəaliyyətini dayandırıb.