Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33482 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25431 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11407447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5175 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4684670, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1547241 təşkil edir.
