Modern.az

ADU-da qış imtahan sessiyası - FOTOLAR

ADU-da qış imtahan sessiyası - FOTOLAR

Aktual

6 Yanvar 2022, 18:00

Azərbaycan Dillər Universitetində 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, imtahanlar ADU-nun rektoru, akademik Kamal Abdullanın 14 dekabr 2021-ci il tarixli əmrinə əsasən yanvarın 5-dən etibarən başlayıb. İmtahanlar fevralın 5-dək üç növbədə davam edəcək.

 

İmtahanların keçirilməsi zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı