Modern.az

İctimai yerdə daha bir koronavirus xəstəsi

İctimai yerdə daha bir koronavirus xəstəsi

Aktual

6 Yanvar 2022, 18:57

Cəlilabadda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini İ.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

 

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

 

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı