Modern.az

55 yaşlı kişi meyiti tapıldı

55 yaşlı kişi meyiti tapıldı

Aktual

6 Yanvar 2022, 20:11

Gəncədə 55 yaşlı kişi meyiti aşkarlanıb.

 

Modern.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Vahid Səməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı