"Sumqayıt" klubu futbolçuları Roman Hüseynov və Səid Rza ilə yollarını ayırıb.
Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Oyunçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub hər iki futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.