Modern.az

Dünyada COVID-19-a yoluxanların sayı 296 milyonu ÖTDÜ

Dünyada COVID-19-a yoluxanların sayı 296 milyonu ÖTDÜ

Aktual

7 Yanvar 2022, 07:52

Dünyada koronavirusa yoluxanların sayı 296 milyonu keçib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 618 130 yoluxma halı və 8 168 ölüm halı qeydə alınıb.

 

Hazırkı dövrədək koronavirusa 296 496 809 nəfər yoluxub. Onlardan 5 462 631 nəfəri vəfat edib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı