Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşüb.
Modern.az-ın məlumatına görə, Türkiyə XİN rəhbəri bu barədə “Twitter” hesabında qeyd edib.
“Türk dünyasının həmrəyliyinə töhfə verən TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşdük. Bursanın 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsindən məmnunuq. Türk dünyası olaraq birlik və bərabərlik içində hərəkət etmək əzmimiz tamdır”,- deyə nazir paylaşımında qeyd edib.