Modern.az

Gəncədə itkin düşən yeniyetmə qonşuda tapıldı

Gəncədə itkin düşən yeniyetmə qonşuda tapıldı

Aktual

10 Yanvar 2022, 13:30

Gəncədə yanvarın 8-də itkin düşmüş 14 yaşlı oğlan tapılıb. 

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə tapılaraq ailəsinə təhvil verilib:

 

“Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğlan yanvarın 9-da qonşunun evində tapılaraq, valideynlərinə təhvil verilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı