Modern.az

İsmayıllıda qanunsuz silah götürüldü

İsmayıllıda qanunsuz silah götürüldü

مورد توجه

10 Yanvar 2022, 23:50

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qalacıq kənd sakini Üzeyir Məlikovdan qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

 

Onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı