Modern.az

44 yaşlı itkin AXTARILIR

44 yaşlı itkin AXTARILIR

Aktual

12 Yanvar 2022, 10:55

Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxaraq gedib və indiyədək geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Qalib Cəbiyevin əlamətləri bunlardır:

 

"Orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı