Modern.az

Türkiyə hökuməti İrəvanla danışıqların nəticələrini müzakirə edəcək

Türkiyə hökuməti İrəvanla danışıqların nəticələrini müzakirə edəcək

Aktual

19 Yanvar 2022, 11:12

Bu gün Türkiyə Nazirlər Kabineti Türkiyə və Ermənistan nümayəndələrinin görüşünü müzakirə edəcək.

Modern.az xəbər verir ki, iclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.

“Toplantıda Ankaranın Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni emissar Ruben Rubinyanla ilk görüşünün nəticələri müzakirə olunacaq”,- məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!