Modern.az

Baş nazirdən əməkhaqqı ilə bağlı TAPŞIRIQ

Baş nazirdən əməkhaqqı ilə bağlı TAPŞIRIQ

Aktual

29 Yanvar 2022, 16:52

Azərbaycanda gələn il üçün orta aylıq əməkhaqqı müəyyənləşəcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında qeyd olunub.

 

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə 2023-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı