Modern.az

Türkiyə bayrağının ipini kəsən şəxs yaxalandı - VİDEO

Türkiyə bayrağının ipini kəsən şəxs yaxalandı - VİDEO

Aktual

29 Yanvar 2022, 17:55

"Qara Qarayev" metrostansiyasının yaxınlığında əlindəki bıçaqla Türkiyə bayrağının ipini kəsən şəxsin tapıldığı bildirilir.

Modern.az xəbər verir ki, onun saxlanılmasını əks etdirən foto sosial şəbəkədə paylaşılıb.

Təhlükəsizlik kameralarına düşən şəxsin hərəkəti hiddətə səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin şəxsin tapılması üçün araşdırma aparıldığını bildirmişdi. 

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsi ilə bağlı video yayılıb.

 


 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı