Modern.az

Millimizin lideri qızıl medal qazandı

Millimizin lideri qızıl medal qazandı

Aktual

29 Yanvar 2022, 19:07

Sablya üzrə milli komandamızın lideri Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kuboku turnirinin mərhələ yarışında qızıl medal qazanıb.

 

Azərbaycan Qılıncoynatma Federasiyasından Modern.az-a bildirilib ki, idmançımız qadınların şəxsi yarışının finalında fransalı Mannon Brunetə 15:10 hesabı ilə qalib gəlib.

 

Xatırladaq ki, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan A.Başta ilk görüşdə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9), sonra isə almaniyalı Yulike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. O, ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb. Sablyaçımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada yaponiyalı Emura Misakini 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gələn A.Başta adını finala yazdırıb.

 

Qeyd edək ki, təsnifatdan 64-lüyə yüksələn Səbinə Kərimova və Sevil Bünyatova qadınların şəxsi yarışında çıxışlarını başa vurublar. S.Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə rusiyalı Olqa Nikitinaya (8:15), S.Bünyatova isə qazaxıstanlı Aygerim Saribaya (13:15) uduzublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı