Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.
Modern.az xəbər verir ki, D qrupunun III turunda Bosniya və Herseqovina ilə oyuna çıxan komandamız 4:2 hesablı qələbə qazanıb.
Qələbəyə baxmayaraq, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb. Buna səbəb qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.