Modern.az

Bakıda oğurluq edən əcnəbilər tutulub

Bakıda oğurluq edən əcnəbilər tutulub

Aktual

7 Yanvar 2013, 12:22

Azərbaycan ərazisində oğurluqla məşğuş olan Türkmənistan və Gürcüstan vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Hava Nəqliyyatında Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il dekabrın 30-da Həsən Qocayevin evinə girib, onun oğlu Natiqə baş və əlindən dəmir parçası ilə xəsarət yetirib seyfdəki 3000 dollar, 7500 manat pulu və danışıq kartlarını aparmış Türkmənistan vətəndaşı Yusup Allanurov, Bakı şəhər sakinləri İbrahim Abuşev və Tural Quliyev tutulub.

Nazirlikdən verilən digər məlumata əsasə, bu ilin yanvarın 4-də Nərimanov rayonu ərazisində, Bakı şəhər sakini Rüstəm İbrahimova qarşı zor tətbiq edərək, ondan 1500 manat pul, mobil telefon və xarici pasportunu almış Gürcüstan vətəndaşı Səməd Rüstəmov həbs edilib.

Faktlar bağlı araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı