Modern.az

Həbsdə olan şəxsin evi yandı

Həbsdə olan şəxsin evi yandı

Aktual

5 Fevral 2022, 14:04

Lənkəranda ikimərtəbəli ev yanıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

 

Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Fikrət Əzizəli oğlu Hadıyevə məxsus yaşayış evində yanğın olub. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb. Ümumi sahəsi 140 kvadratmetr olan iki mərtəbəli evin dam örtüyü və ikinci mərtəbənin bir hissəsi yanıb. Qalan hissələr yanğından mühafizə olunub.

 

İlkin məlumata görə, ev sahibi həbsdə olduğundan mənzil kirayəyə verilib. Yanğın zamanı evdə kimsə olmayıb. Yanğının qısa qapanmadan baş verdiyi ehtimalı var.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı