Modern.az

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Aktual

5 Fevral 2022, 15:10

Vətən müharibəsi qazisi Məmişov İlqar Vaqif oğlu vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

 

O, bir ildən artıq müddət ərzində xərçəng xəstəliyi ilə mübarizə aparıb.

 

Xatırladaq ki, İlqar Məmişov 44 günlük Vətən müharibəsinə könüllü olaraq yollanmış və Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışdı.

 

Qazimiz ailəli idi, bir övladı yadigar qalıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı