Modern.az

Bitkoin kəskin bahalaşdı

Bitkoin kəskin bahalaşdı

Aktual

5 Fevral 2022, 17:52

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 41 min ABŞ dollarını keçib.

 

Modern.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 9,4 % bahalaşaraq 41,5 min dollara satılıb. Nəticədə onun kapitallaşması 785,9 milyard dollara çatıb.

 

Bazar kapitallaşmasına görə, 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti son bir sutkada 6,2 % artaraq 3 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər əldə edən “Terra”dır.

 

Kriptovalyuta bazarının toplam dəyəri 1,9 trilyon ABŞ dolları həddindədir.

 

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 16:25-ə olan məlumatları aşağıdakı kimidir:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı