Modern.az

Qulluq stajına görə pensiyalar da artırılacaq

Qulluq stajına görə pensiyalar da artırılacaq

Aktual

8 Fevral 2022, 14:05

"Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının artırılması indeksləşdirilməklə artırılma metodologiyası əsasında aparılacaq".

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

 

H.Məmişovun sözlərinə görə, əmək haqqlarında hesablamalar zamanı müəyyən olunub ki, onların əmək haqqlarında olan təxminən 20 faizlik artım həmin şəxslərin pensiyalarına cəmi 9,2 faizlik təsir edir:

 

"Əvvəlki illərdə pensiyalar kifayət qədər böyük həcmdə ölkə üzrə indeksasiya olunub. Məsələn, ötən il indeksasiya 11,4 faiz, ondan əvvəlki ildə isə 16,6 faiz həcmində idi. Sığorta prinsipi ilə pensiya alan şəxslərin pensiyalarının indeksləşdirilmə üzrə artımları həmin şəxslərin əmək haqlarındakı artımlar üzrə təsirini daha da üstələyir.

 

Bu nəzərə alınmaqla həmin şəxslərə dövlət qayğısının gücləndirilməsi, onların pensiyalarının hər il artırılması və həmin pensiyaçılarımızın maddi rifahının yüksəldilməsi üçün addım atılıb. Onların pensiyalarının əmək haqqı ilə bağlı deyil, indeksləşdirmə ilə artırılması metoduna keçirilib. Növbəti ildən bu metodologiya əsasında həmin şəxslərin pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik hazırlanır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV