“Rusiya Hərbi Dəniz Donanmasına məxsus 6 hərbi gəmi qabaqcadan planlaşdırılmış hərbi dəniz təlimlərində iştirak etmək məqsədilə Qara dənizə yola düşüb”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmilər fevralın 10-dək Qara dənizə daxil olacaqlar.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən ay Sakit və Atlantik okeanlarındakı donanmalar da daxil olmaqla, ölkənin bütün hərbi dəniz donanmalarının yanvar və fevral aylarında təlimlər keçirəcəyini bəyan edib.