Modern.az

Putinlə Şoltsun görüşü 3 saat davam edib - YENİLƏNİB

Putinlə Şoltsun görüşü 3 saat davam edib - YENİLƏNİB

Aktual

15 Fevral 2022, 18:11

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında danışıqlar başa çatıb.

 

Modern.az xəbər verir ki, Moskvada keçirilən görüş 3 saatdan çox çəkib.

 

Görüş zamanı iki ölkə lideri Ukrayna ətrafında yaranmış vəziyyət müzakirə edib. Danışıqların detalları barədə əlavə məlumat verilməyib.

 

***

14:54

 

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, görüş paytaxt Moskvada keçirilir.

 

Tərəflər Ukrayna ilə bağlı gərginliyi və enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

 

Qeyd edək ki, bundan əvvəl Şolts Ukraynada səfərdə olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı