Modern.az

Millinin sabiq futbolçusu qətlə yetirildi

Millinin sabiq futbolçusu qətlə yetirildi

Aktual

16 Fevral 2022, 22:57

Zimbabve milli komandasının keçmiş futbolçusu Çarlz Yohan qətlə yetirilib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı veteran futbolçu Soeto şəhərində avtomobil oğrularının silahlı hücumuna məruz qalıb. Yohan naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Qətlin detalları hələlik məlum deyil.

Qeyd edək ki, Çarlz Yohanın futbolçu karyerası Afrika klubları ilə bağlı olub. O, 1996 - 2007-ci illərdə çıxış etdiyi yığmada 23 oyun keçirib və 1 qol vurub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı