Modern.az

Türkiyə hərbçiləri 13 terrorçunu zərərsizləşdirdi

Türkiyə hərbçiləri 13 terrorçunu zərərsizləşdirdi

Aktual

17 Fevral 2022, 07:58

Suriyanın şimalında "Zeytun Budağı" və "Fərat Qalxanı" antiterror əməliyyatlarının keçirildiyi bölgələrə hücum etməyə cəhd edən 13 YPG yaraqlısı (PKK terrorçularının Suriya qanadı) zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə mlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

 

Qeyd olunub ki, xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçuları bölgədə terror təhlükəsinin aradan qaldırılması məqsədilə növbəti uğurlu əməliyyat keçirib.

 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

 

Onu da bildirək ki, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı