Modern.az

Özünü körpüdən atan qadın xəstəxanada öldü

Özünü körpüdən atan qadın xəstəxanada öldü

Aktual

17 Fevral 2022, 08:26

Gəncə şəhərində bir neçə gün əvvəl özünü körpüdən atan 50 yaşlı qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, 50 yaşlı V.Əliyeva müalicə aldığı xəstəxanada vəfat edib.

 

Xatırladaq ki, hadisə Bayraq Meydanının yaxınlığındakı körpüdə qeydə alınıb. V.Əliyeva özünü körpüdən ataraq intihara cəhd etmişdi. O, ağır xəsarətlərlərlə xəstəxanada müalicə alırdı. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Qadının psixoloji problemləri olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı