Modern.az

Qurban Qurbanov dünya reytinqində gerilədi

Qurban Qurbanov dünya reytinqində gerilədi

Aktual

17 Fevral 2022, 10:04

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, karyerasını davam etdirən mütəxəssislərin yer aldığı siyahıda Azərbaycan bir məşqçi ilə təmsil olunub.

 

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1592 xalla planetin 222-ci məşqçisidir. O, sonuncu dəfə 4 həftə əvvəl açıqlanan cədvəllə müqayisədə bir pillə geriləyib.

 

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2196), Yurgen Klopp (2097) və Joze Mourinyo (2059) qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...