Modern.az

Koronavirus xəstələri ilə bağlı araşdırma başladı

Koronavirus xəstələri ilə bağlı araşdırma başladı

Aktual

17 Fevral 2022, 10:54

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakinləri A.Əliyev və M.Əhmədovun COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər və virusun yayılmasına şərait yaradıblar.


Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar və müalicə aldıqları ünvanlara geri qaytarılıblar.


Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı