Modern.az

Beyin mərkəzləri nə üçün lazımdır...

Beyin mərkəzləri nə üçün lazımdır...

Aktual

17 Fevral 2022, 11:46

Dövlət siyasətinin formalaşmasında beyin mərkəzləri önəmli rol oynayır. Bu təcrübə artıq dünya ölkələrində çox məşhurdur, hətta Qərb dövlətləri öz siyasətlərini əsasən beyin mərkəzlərinin araşdırmaları əsasında qurur. 

 

Azərbaycanda da son illər beyin mərkəzlərinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycandakı beyin mərkəzlərinin inkşafı hələ Qərb ölkələri ilə müqayisə olunacaq səviyyədə deyil. Ölkəmizdə fəaliyyət göstərən beyin mərkəzləri həm keyfiyyətli iş, həm də kəmiyyət baxımından Qərb ölkələrindən xeyli geridə qalır.

 

Beyin mərkəzlərinin siyasi müstəvidə rolu nədən ibarətdir?

 

Mərkəzlər siyasi məsələlərdə dövlətin inkişafına dəstək olan xüsusi sifarişlər əsasında hesabatlar hazırlayır. Dövlət isə bu hesabatlara müvafiq olaraq, müəyyən məsələlər üzrə atacağı addımları müəyyənləşdirir.

 

ABŞ-ın Pensilvaniya Universitetinin keçirdiyi “Beyin Mərkəzləri” reytinqinə Azərbaycan da daxil edilib. Belə ki, 16-sı Azərbaycanda qeydə alınan beyin mərəkəzləri həmin siyahıda yer alıb. Bundan əlavə, beyin mərkəzlərinin sayına görə Azərbaycan Asiya regionü üzrə 15-ci pillədə qərarlaşır. 

 

Dünya üzrə siyahıya ABŞ başçılıq edir. Birləşmiş Ştatlarda 2 minə yaxın beyin mərkəzi fəaliyyət göstərir.

 

Hazırda Azərbaycanda neçə beyin mərkəzi var, onlar fəaliyyəti dövləti qane edirmi?

 

Məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin(CESD) rəhbəri, deputat Vüqar Bayramov Modern.az-a danışıb.

 

 

Onun sözlərinə  görə, dövlətin siyasi və iqtisadi inkşafına təkan verən beyin mərkəzləri üçün əlavə şərait yaradılmalıdır:

 

“Beyin mərkəzləri iqtisadi inkşafa malikdir. Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarının xüsusi təcrübəsi göstərir ki, beyin mərkəzləri həm daxili-iqtisadi inkişafa, eyni zamanda, beynəlxaq münasibətlərə və siyasətə təsir edən ən ciddi resurslardan biridir. Bu baxımdan digər inkşaf etmiş ölkələr də daxil olmaqla artıq universitetlər beyin mərkəzi kimi formalaşmaqdadır. Yalnız tədris deyil, eyni zamanda fərqli tədqiqatların aparılması, təkliflərin verilməsi və s. bu istiqamətdə işlər görüləcək. Görülən işlər bütövlükdə dövlət siyasətinə müsbət mənada təsir edir".

 

 

Deputat qeyd edib ki, Azərbaycanda beyin mərkəzləri yeni formalaşmağa başlayır. Qiymətləndirilmələr göstərir ki, ölkəmizdə təxminən 16-ya yaxın beyin mərkəzi fəaliyyət göstərir:

 

"Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin çoxu iqtisadi sahədə çalışırlar, bu sahədə tədqiqatlarla çıxış edirlər. Ümumiyyətlə, tədqiqatlar göstərir ki, beyin mərkəzləri müstəqil olmalıdır. Dövlət müstəqil beyin mərkəzlərinə fərqli tədqiqatlar üçün sifarişlər verə bilər. Artıq fərqli yanaşmaları görmək lazımdır. Beyin mərkəzlərinin dövlət tərəfindən dəstəklənməsi, inkşafı üçün şərait yaradılmalıdır. Düzdür, onlar üçün maliyyə ayrılsa da, məbləğ kiçikdir. Bu da mərkəzlərin inkşafını formalaşdırmır. Rəqabət aparmaq və dövlət üçün alternativ sənədlərin hazırlanması mərkəzlərə şərait yaradılmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı