Modern.az

Fransa şirkəti Azərbaycana növbəti yük lokomotivini göndərdi

Fransa şirkəti Azərbaycana növbəti yük lokomotivini göndərdi

Aktual

21 Fevral 2022, 17:00

Fransanın "Alstom" şirkəti Azərbaycana növbəti yük lokomotivini tədarük edib.

 

Modern.az-ın məlumatına görə, bu, şirkətin Azərbaycana təqdim etdiyi sayca 38-ci lokomotiv olub.

 

Qeyd olunur ki, lokomotiv bir həftə əvvəl Qazaxıstanın paytaxtı Nur-Siltandan Bakıya yola salınmışdı.

 

Bu, "Alstom" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC arasında imzalanmış müqavilə əsasında həyata keçirilib.

 

Eyni zamanda, bu həftə müqavilə ilə nəzərdə tutulmuş daha 2 lokomotivin Bakıya çatması gözlənilir.

 

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" 2014-cü ildə "Alstom"la 50 elektrovoz, o cümlədən 40 yük lokomotivinin tədarükü barədə müqavilə imzalamışdı. Müqavilənin dəyəri 288 milyon avro təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı