Modern.az

Moped oğruları TUTULDU

Moped oğruları TUTULDU

Aktual

11 Mart 2022, 10:08

Bakıda və Sumqayıtda mopedlər oğurlanıb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində X.Mustafayevə və İ.Məmmədliyə məxsus mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Atayev və əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıblar.

 

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sumqayıt şəhər sakini E.Nurəddinova məxsus həyətyanı sahədən mopedini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini O.Quliyev saxlanılıb.

 

Araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi