Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı döyüşlərə könüllülərin cəlb edilməsi ideyası ilə razılaşıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, bu gün Prezident Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb. İclasda cari hadisələr, eləcə də Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Rusiya tərəfi bundan əvvəl verilən açıqlamalarda Ukraynadakı döyüşlərə yalnız peşəkar hərbçilərin göndərildiyini, çağırışçıların müharibəyə aparılmadığını bildirirdi.