Modern.az

Erməni deputatların Qarabağa buraxılmamasına Mirzoyandan REAKSİYA

Erməni deputatların Qarabağa buraxılmamasına Mirzoyandan REAKSİYA

Aktual

13 Aprel 2022, 17:13

Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

 

XİN başçısının sözlərinə görə, Rusiya sülhməramlıları mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Qarabağa daxil olmasına icazə verməyiblər.

 

Qeyd edək ki, müxalif "Hayastan" (“Ermənistan”) və “Badiv unem" (“Şərəfim var") fraksiyalarını təmsil edən deputatlar parlamentin dördgünlük iclasını boykot edərək Qarabağa getmək istəsələr də, sülhməramlılar bunun qarşısını alıblar. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı