Modern.az

Çempionlar liqasında yarımfinalçılar məlum oldu

Çempionlar liqasında yarımfinalçılar məlum oldu

Aktual

14 Aprel 2022, 01:00

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

 

Modern.az  xəbər verir, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

 

İngiltərə "Liverpul"u cavab oyununda Portuqaliya "Benfika"sını qəbul edib. Oyun bərabərə başa çatıb - 3:3.  Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniya "Vilyarreal"ına rəqib olub.

 

İngiltərənin digər təmsilçisi "Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"su ilə üz-üzə gəlib. Evdəki ilk görüşdə 1:0 hesablı qələbəyə sevinən "şəhərlilər" cavab görüşündə qolsuz heç-heçəyə nail olaraq, adını yarımfinala yazdırıb. Mançester təmsilçisi finala gedən yolda İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı