Modern.az

Rusiyanın 14 şirkətinə sanksiyalar tətbiq edildi

Rusiyanın 14 şirkətinə sanksiyalar tətbiq edildi

Aktual

14 Aprel 2022, 08:21

Avstraliya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanın 14 şirkətinə sanksiya tətbiq edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bəyan edib.

 

"Avstraliya hökuməti Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən Rusiyanın 14 dövlət müəssisəsinə qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib", - deyə məlumatda qeyd olunub.

 

Sanksiya siyahısına "KAMAZ", "Qazprom", "Qazprom Neft", "Transneft", "Rostelekom", "Rusqidro", "Sevmaş" və "Birləşmiş Gəmiqayırma Korporasiyası", "Roselektronika" holdinqi, Rusiya Dəmir Yolları, "Novorossiysk Dəniz Ticarət Limanı", "ALROSA", "Sogaz" və "Sovkomflot" şirkətləri daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şuşanın girişində pusquya düşdük - Xüsusi təyinatlı zabit