Modern.az

Azərbaycanla ticarətin 30%-i rublla aparılır - Rusiya XİN

Azərbaycanla ticarətin 30%-i rublla aparılır - Rusiya XİN

Aktual

25 Aprel 2022, 08:20

Rusiya ilə Azərbaycan arasında ticarətin təxminən 30%-i rublla aparılır. Bütövlükdə, Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturasının özü də xarici mənfi amillərə məruz qalmayıb və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, rəsmi Moskva Qərbin davranışlarından yaranan riskləri azaltmaq üçün vaxtında tədbirlər görərək Azərbaycanla milli valyutalarda hesablaşmalara daha fəal keçməyə başlayıb.

 

Qonçar, həmçinin əlavə edib ki, Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı