Modern.az

ABŞ-dan Azərbaycan və Ermənistana kömək TƏKLİFİ - ÖZƏL

ABŞ-dan Azərbaycan və Ermənistana kömək TƏKLİFİ - ÖZƏL

Aktual

25 Aprel 2022, 10:36

“Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir. Biz Azərbaycan və Ermənistanla birbaşa, o cümlədən, Avropa Şurasının sədri Şarl Mişelin təşəbbüsü altında əməkdaşlıq etmək üçün göstərdiyi son səyləri dəstəkləyirik”.


Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.


“Azərbaycan və Ermənistan arasında danışıqlar bizi ruhlandırır. Biz Ermənistan və Azərbaycanı bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq, sülh sazişinin bağlanması yolu ilə münasibətlərini normallaşdırmaq üçün diplomatik əlaqələrini davam etdirməyə və intensivləşdirməyə çağırırıq. Birləşmiş Ştatlar bu səylərlə Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”,- deyə səfirlikdən bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı