Modern.az

Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik oldu

Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik oldu

Aktual

25 Aprel 2022, 13:05

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının tərkibində dəyişiklik olub.

 

Modern.az xəbər verir ki, indiyə qədər Şuranın üzvü olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımovu Bankın İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev əvəz edib.

 

Şuranın qalan üzvləri əvvəlki qaydada Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev (sədr), Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə, İqtisadiyyat Nazirliyinin Makroiqtisadi Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İH-nin sədri Abbas İbrahimovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!