Modern.az

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasına vitse-prezident seçilib

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasına vitse-prezident seçilib

Aktual

25 Aprel 2022, 14:06

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası İdarə Heyətinin iclası keçirilib.
 

Modern.az xəbər verir ki, iclasda Federasiya üzvlyünüə müraciətlər və Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.

İclasın yekununa əsasən, Elşən Vahid oğlu Rəsulov Federasiya üzvlüyünə qəbul olunub.

Federasiyanın beynəlxalq nüfuzunun artırılması, Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlıq işinin gücləndirilməsi məqsədilə qurumun beynəlxalq münasibətlər üzrə vitse-prezidenti postuna seçki keçirilib.
Nəticədə Elşən Rəsulov Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, Elşən Rəsulov həm də iş adamı kimi fəaliyyət göstərir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı