Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov itkin düşən hərbçinin ailəsində olublar.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallarla birgə, rayonunun Qaradağlı kəndindən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən zaman hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itgin düşmüş əsgər Abdullayev Firdovsi Mais oğlunun ailəsini ziyarət ediblər.