Modern.az

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası Keşlədə olacaq

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası Keşlədə olacaq

Aktual

26 Aprel 2022, 13:05

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində bu dəfə “Səyyar qəbul otağ”ı paytaxtın Nizami rayonunda təşkil olunacaq.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Keşlə qəsəbəsi, Sabir küçəsi 70 (1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksinin yerləşdiyi park) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

Aprelin 28-i saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...