Modern.az

Qazaxıstan super-prezident idarəetmə formasından uzaqlaşacaq - Tokayev

Qazaxıstan super-prezident idarəetmə formasından uzaqlaşacaq - Tokayev

Aktual

26 Aprel 2022, 14:57

Prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan nəhayət super-prezident idarəetmə formasından uzaqlaşacaq.
 

Modern.az xəbər verir ki, hakim “Amanat” Partiyasının növbədənkənar qurultayında çıxış edən dövlət başçısı Konstitusiyaya əlavə və dəyişikliklərin ölkənin siyasi arxitekturasının hərtərəfli formatlaşdırılmasına, hakimiyyət qolları arasında daha balanslaşdırılmış nəzarət və tarazlıq sisteminin qurulmasına yönəldiyini vurğulayıb.


Tokayev bununla bağlı deyib: "Biz nəhayət ki, super-prezident idarəetmə formasından uzaqlaşacağıq, Parlamentin, məclislərin səlahiyyətlərini gücləndirəcəyik. Prioritetlərdən biri də partiya-siyasi sferanın modernləşdirilməsidir. Partiya və seçki qanunvericiliyinin liberallaşdırılması cəmiyyətin hökumətin bütün səviyyələrində qəbul edilən qərarlarında rolunu gücləndirəcək”.


“Şübhəsiz ki, siyasi proseslərin özünün dinamikası və məzmunu dəyişəcək, bunu nəzərə alsaq, ölkədə sözsüz ki, yeni partiyalar yaranacaq, mövcud olanlar isə öz fəaliyyətlərini müasir tendensiyalara, vətəndaşların tələblərinə uyğun olaraq yenidən nəzərdən keçirməyə və yenidən qurmağa başlayacaqlar. Görürük ki, ümumilikdə partiya meydanı hərəkətdədir. Başlanan dəyişikliklərin bariz göstəricisi “Adal” partiyasının “Amanat” partiyası ilə birləşmək təşəbbüsüdür”, - deyə dövlət başçısı əlavə edib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı