Modern.az

Bu xəstəliklərdən əziyyət çəkənlər pensiya alacaq

Bu xəstəliklərdən əziyyət çəkənlər pensiya alacaq

Aktual

26 Aprel 2022, 16:22

“Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir.

 

Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

 

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı