Modern.az

Atalara da daha tez pensiyaya çıxmaq hüququ veriləcək

Atalara da daha tez pensiyaya çıxmaq hüququ veriləcək

Aktual

26 Aprel 2022, 16:52

Sağlamlıq imkanı məhdud uşağına baxdığına görə atalara 5 il tez pensiyaya çıxmaq hüququ veriləcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əskini tapıb.

 

Belə bir güzəşt bu vaxtadək analara verildə də, atalara verilməmişdi. Dəyişikliklərə əsasən, atalara da belə bir güzəştin verilməsi nəzərdə tutulur.

 

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı